Qobustanda benzin daşıyan maşın yanıb, bir nəfər həlak olub

 Bu gün səhər saatlarında Bakı-Qazax yolunda benzin daşıyan maşının qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, saat 08.20-yə yaxın Bakı-Qazax yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsində 3 avtomobil toqquşub, onlardan biri benzin daşıyan maşın olub.

Qəza nəticəsində böyük yanğın baş verib, bir nəfər ölüb.

Yanğınsöndürənlər hadisə yerindədir.

Yol polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhlükəsizlik tədbirləri görürlər. 

Contact.az