Laçın yolunda aksiya, 23-cü gün

Azərbaycan vətəndaş fəallarının Laçın-Xankəndi yolunda keçirdiyi aksiya 23-cü gündür ki, davam edir. Ötən sutka ərzində insident qeydə alınmayıb.

3 yanvar səhərdən Rusiya sülhməramlılarının üç yük maşını Xankəndi tərəfdən yol ilə hərəkət edib.

Əvvəlkitək erməni tərəfi Azərbaycan hakimiyyətinin nəzarətində olan yoldan istifadə etməkdən və Qarabağın keçmiş Mardakert rayonundakı qızıl mədənlərində monitorinq aparmaq üçün Bakı nümayəndələrini buraxmaqdan imtina edir.

Rəsmi Bakı işarə edib ki, Qarabağ erməniləri Azərbaycanın şərtlərini qəbul etməsələr, yolun blokadası aradan qaldırılmayacaq.

Contact.az