Milli Şuranın sədri, professor Cəmil Həsənli
Deməli, Heydər Əliyev 1975-ci ilin avqust ayının 14-də Bakı şəhərinin mərkəzində 3 gün ərzində 12 min müsəlmanı qanına qəltan eləmiş Stepan Şaumyana heykəl qoyur, 1978-ci ildə onun 100 illiyini keçirir və Şaumyanlar promteylərdən od alan qəhrəmanlardan deyir, bu xəyanət olmur, amma şifahi bir sözləşmə ilə Qarabağın Dağlıq hissəsindən imtina və Bakıdan erməni hərbi birliklərin çıxarıması öhdəliyi müqabilində İrəvanı Erməni fraksiyasına paytaxt kimi güzəşt etmək, olur xəyanət və cinayət. Şaumyan 1978-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm institutunun hazırladığı seçilmiş əsərlərinin 2-ci cildində yazırdı: “Bizim 6 minə yaxın silahlı dəstəmiz vardı. Daşnaksütunların da bizim tabeçiliyimizə verilmiş 3–4 minə yaxın milli ordusu vardı. Döyüş soyqırım formasını almışdı, ancaq bundan qaçmaq mümkün deyildi. Biz buna bilərəkdən getdik. Bakını ələ almasaydıq, o Azərbaycanın paytaxtı elan ediləcəkdi”(Шаумян С.Г. Избранные произведения. — М., 1978, т.2, с.246). Axı, həmin cild Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK Bürosunun qərarı ilə hazırlanmışdı. Necə oldu ki, Şaumyanın həmin sözlərini o, oxumasın və belə bir cinayəti törədən adama heykəl qoysun. Bəs bunun adı nədir? Yeri gəlmişkən Heydər Əliyevdən əvvəlki rəhbərlə müxtəliif yollarla Bakıda Şaumyana personal heykəl qoymaqdan yayına bilmişdilər. Və hətta 1959-cu ildə İmam Mustafayevə qarşı irəli sürülən ittihamlardan biri də 26 Bakı Komissarlarını əlifba sırası ilə yazıb Şaumyanın adını sona keçirməsi idi.
Şaumyanın heykəlinin açılışı nitqində Heydər Əliyev deyirdi:
Əziz yoldaşlar!
VLADIMIR ILIÇ LENININ SƏDAQƏTLI ŞAGIRDI VƏ SILAHDAŞI, ALOVLU INQILABÇI, KOMMUNIST PARTIYASININ VƏ SOVET DÖVLƏTININ GÖRKƏMLI XADIMI STEPAN GEORGIYEVIÇ ŞAUMYANIN HAMIMIZA ƏZIZ OLAN ADI SOVET XALQININ INQILABI VƏ ƏMƏK XARIQƏLƏRININ IŞIQLI SƏMASINDA PARLAYIR. (Alqışlar).
BAKI ZƏHMƏTKEŞLƏRININ IZDIHAMLI MITINQI, QARDAŞ GÜRCÜSTAN VƏ ERMƏNISTAN RESPUBLIKALARI ELÇILƏRININ MITINQDƏ IŞTIRAKI XALQLARIMIZIN ƏSIL DOSTLUQ VƏ BEYNƏLMILƏL BIRLIK BAYRAMIDIR.STEPAN GEORGIYEVIÇ ŞAUMYAN MƏHZ BU DOSTLUQ VƏ BEYNƏLMILƏL BIRLIK NAMINƏ QƏHRƏMANCASINA VURUŞMUŞ VƏ CANINI FƏDA ETMIŞDIR. ERMƏNI XALQININ BÖYÜK OĞLU STEPAN ŞAUMYAN HƏM DƏ AZƏRBAYCAN XALQINA, ZAQAFQAZIYANIN, BÜTÜN ÇOXMILLƏTLI SOVET ITTIFAQININ BÜTÜN XALQLARINA MƏXSUSDUR. (Sürəkli alqışlar).STEPAN ŞAUMYAN INSANLARA OD BƏXŞ EDƏN PROMETEYLƏR DƏSTƏSINDƏNDIR. O, INQILAB FƏDAISI IDI, KOMMUNIZM UĞRUNDA,XALQLAR DOSTLUĞU VƏ QARDAŞLIĞI UĞRUNDA MÜBARIZƏ ONUN HƏYATININ DƏRIN MƏNASI IDI.ŞTEPAN ŞAUMYAN HƏR CÜR MILLƏTÇILƏRƏ – MÜSAVATÇILARA, DAŞNAQLARA VƏ MENŞEVIKLƏRƏ QARŞI BARIŞMAZ VƏ AMANSIZ MÜBARIZƏ APARIRDI. QƏDIRBILƏN AZƏRBAYCAN XALQI STEPAN ŞAUMYANIN XATIRƏSINI ƏZIZ TUTUR.
Stepan Şaumyana dərin məhəbbət və hörmət əlaməti olaraq Azərbaycan zəhmətkeşləri Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzinə, respublikanın iki rayonuna, onlarca zavodlara və fabriklərə, kolxozlara və sovxozlara, kitabxanalara, məktəblərə, xəstəxanalara, mədəniyyət saraylarına onun adını vermişdir. Azərbaycanın bütün şəhərlərində və rayon mərkəzlərində Şaumyanın adını daşıyan küçələr vardır.
BU GÜN BIZ SOVET AZƏRBAYCANININ PAYTAXTI BAKIDA LENINÇI BOLŞEVIKIN BU ƏZƏMƏTLI ABIDƏSINI AÇDIQ. (Gurultulu alqışlar). STEPAN ŞAUMYAN BIZIM MÜASIRIMIZDIR! ÇÜNKI ZAMAN KEÇSƏ DƏ PARTIYA NAMINƏ, XALQ NAMINƏ GÖSTƏRILƏN IGIDLIKLƏR UNUDULMUR. (Gurultulu alqışlar).
Stepan Şaumyanın fədakar əməyi Azərbaycan xalqının mədəniyyətində demokratik cərəyanların güclənməsinə, onun ən yaxşı nümayəndələrinin ictimai tərəqqiyə şüurlu xidmət yoluna keçməsinə kömək göstərirdi.”
Heydər Əliyev Stepan Şaumyanın 100 illiyi münasibətilə məruzəsi. 1978-ci il 11 oktyabr.
Yoldaşlar! Stepan Georgiyeviç Şaumyanın peşəkar inqilabçıya məxsus dərin məzmunlu, qısa, lakin parlaq həyatı, çoxcəhətli partiya və dövlət fəaliyyəti əməkçi xalqın azadlıq və xoşbəxtliyi uğrunda, kommunizm ideallarının təntənəsi uğrunda fədakarcasına mübarizə aparmaq rəmzidir. Stepan Şaumyan öz iti zəkası ilə, məsələləri dərin təhlil etmək, hadisələrin mahiyyətinə nüfuz etmək və onların bütün dialektik qanunauyğunluğunu görmək kimi heyrətamiz bir istedadı ilə fərqlənirdi. Ideya yenilməzliyi, bolşevik prinsipiallığı, fəhlə sinfinə hədsiz sədaqət, inqilab düşmənlərinə qarşı barışmazlıq Stepan Şaumyanın qəhrəman xarakterinin ayrılmaz xüsusiyyətləri idi. (Alqışlar).
STEPAN ŞAUMYAN BAKI FƏHLƏLƏRININ, BÜTÜN AZƏRBAYCAN ZƏHMƏTKƏŞLƏRININ BEYNƏLMILƏL BIRLIYINI MÖHKƏMLƏTMƏK UĞRUNDA YORULMADAN MÜBARIZƏ APARIRDI. 1918-ci ILIN MARTINDA MÜSAVATÇILAR SOVET HAKIMIYYƏTINI BOĞMAQ NIYYƏTI ILƏ BAKIDA ANTISOVET QIYAM QALQIRDILAR. BOLŞEVIKLƏRIN QƏTI VƏ MÖHKƏM TƏDBIRLƏRI SAYƏSINDƏ QIYAM YATIRILDI.
Bolşeviklər partiyası Mərkəzi Komitəsinin üzvü Stepan Şaumyanın sədrliyi ilə 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Sovetinin yaradılması fəhlə sinfinin inqilabi yaradıcılığının həqiqi zirvəsi oldu. Yoldaşlar! Stepan Georgiyeviç Şaumyan çox yaşamamış, cəmi 40 il ömür sürmüşdür. Lakin bu qısa müddətdə dövrünün ən müxtəlif problemlərinə aid onlarca əsər və məqalə yazmışdır. Stepan Şaumyan partiyamızın görkəmli nəzəriyyəçilərindən biri idi; Serqo Orconikidze obrazlı ifadə ilə onu «nəzəri marksizmin ağır artilleriyası» adlandırmışdı.
Stepan Şaumyanın əsərləri biliyin zənginliyi ilə, dialektik və tarixi materializm, siyasi iqtisad, elmi sosializm, partiyanın inqilabda strategiya və taktikası, partiya quruculuğu, incəsənət, estetika və ədəbiyyatşünaslıq problemlərinin dəqiq və ardıcıl işıqlandırılması ilə heyran edir. Onun fikirləri Lenin ideyaları ilə daim səsləşir, leninizm ruhu ilə dərindən aşılanmışdır.
STEPAN GEORGIYEVIÇ ŞAUMYANIN NƏCIB OBRAZI AZƏRBAYCAN ZƏHMƏTKEŞLƏRININ BÜTÜN NƏSILLƏRI ÜÇÜN RUHLANDIRICI TIMSALDIR. (Gurultulu alqışlar). O, Gürcüstanda anadan olmuş, burada inqilabi işə fəal surətdə qoşulmuş, Ermənistanda bolşevik təşkilatının sinfi çarpışmalarında mətinləşmiş, Azərbaycanda Ümumrusiya inqilabi hərəkatının görkəmli rəhbəri kimi yetişmişdir. (Alqışlar).
BU GÜN BIZ IFTIXAR VƏ MƏHƏBBƏT HISSI ILƏ DEYIRIK KI, ERMƏNI XALQININ BÖYÜK OĞLU STEPAN ŞAUMYAN HƏM DƏ AZƏRBAYCAN XALQININ, BÜTÜN ZAQAFQAZIYA XALQLARININ, BÜTÜN ÇOXMILLƏTLI VƏ VAHID SOVET XALQLARININ OĞLUDUR. (Gurultulu, sürəkli alqışlar).AZƏRBAYCAN XALQI, RESPUBLIKA ƏMƏKÇILƏRININ SIX BIRLƏŞMIŞ BEYNƏLMILƏL AILƏSI STEPAN ŞAUMYANIN XATIRƏSINI ƏZIZ TUTURLAR.
Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi, iki rayon, onlarca müəssisə, kolxoz, məktəb, mədəniyyət sarayı və mədəniyyət evi, Bakı metrosunun ən gözəl stansiyalarından biri onun adını daşıyır.
BAKILILAR STEPAN ŞAUMYANIN BAKIDA UCALDILMIŞ MÖHTƏŞƏM ABIDƏSININ YANINA TEZ-TEZ TƏR ÇIÇƏKLƏR QOYURLAR. Bir neçə gün bundan əvvəl sədaqətli leninçinin Stepanakertdə abidəsi təntənəli şəraitdə açılmışdır. Təntənəli yığıncağımızın iştirakçıları dünən Stepan Şaumyanın mənzil muzeyinin ilk tamaşaçısı oldular. (Alqışlar).
Heydrov Əliyev, “Lenin işi uğrunda, kommunizm uğrunda, mərd, mübariz — Stepan Georgiyeviç Şaumyanın anadan olmasının 100 illiyi münasibətilə”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1978.
Bu kitab həmin vaxt 20 min tirajla çap edilmişdi.
Kütləvi tirajla nəşr olunmuş bu kitabda Azərbaycan xalqına qarşı soyqırımı törətmiş Şaumyan haqqında “qanadlı” ifadələri Rəzulzadə, Topçubaşi, Fətəli xan, Usubbəyov deməyib e, onları xəyanət və cinayətdə suçlayan İlham Əliyevin atası Heydər Əliyev deyib.
Bu da bizim tariximizin bir səhifəsidir və İlham Əliyevin dediyi kimi “biz heç vaxt tariximizi təhrif etməməliyik”.