Bəxtiyar Hacıyevdən yeni xəbər var

Həbsdə dekabrın 15-dən aclıq aksiyasına başladığını bildirən ictimai fəal Bəxtiyar Hacıyevin səhhətinin pisləşdiyi deyilir.

Bu barədə dekabrın 24-də onunla görüşən vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, buna baxmayaraq B.Hacıyev aclığı davam etdirdiyini qeyd edib.

Vəkil vurğualayıb ki, B.Hacıyevin sözlərinə görə, onu həkim müayinə edib:

“Bəxtiyar Hacıyev bildirdi ki, həkim ona qanında şəkərin kritik dərəcədə aşağı düşməsini və özünün komaya düşə biləcəyini dedi. Bəxtiyarın sözlərinə görə, o bir gün ərzində yarım kilo arıqlayıb, ürək bulantısı var “.

Bu deyilənləri, hələlik, Penitensiar Xidmətindən dəqiqləşdirmək mümkün olmayıb.

Azadlıq radiosu