“Nərgiz” mükafatının 8-ci qalib bəlli oldu

Müsavat Partiyasının qərargahında “Nərgiz” mükafatının növbəti təqdimatı olub. Bu dəfə qalib adına Müsavat Partiyasının Gənclər Komitəsinin üzvü Ayxan Hacıbəyli layiq görülüb. Münsiflər heyəti onu Ukrayna- Rusiya müharibəsindəki fəaliyyətinə görə fərqləndiriblər. Ayxan Hacıbəyli Ukraynada azərbaycanlı tələbələrin rus əsirliyindən azad olunmasında fəal iştirak edib. Tədbiri müstəqi jurnalist Aytac Əhməd idarə edib. Müsavat Partiyasının başqanı Arif Hacılı, Münsiflər heyətinin üzvü Müsavat Partiyası Baqan müavini Səxavət Soltanlı, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn, Demokratiya-18 təşkilatının sədri Əhməd Məmmədli, Müsavat Partiyasının üzvü Vəfa Cümşüdlü, hüquq müdafiəçisi Anar Məmmədli, ictimai fəal İlkin Rüstəmzadə çıxış edib. Tədbirin sonunda Nəgiz Yaqublunun anası Maya Yaqublu çıxış edərək öz təşəkkürünü bildirib.

Xatırladaq ki, “Nərgiz” mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat edən ictimai-siyasi gənc fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib. Mükafatın ilk qalibi 2015-ci ildə İlkin Rüstəmzadə olub. 2016-cı ildə heykəl məhbusları Qiyas İbrahimov və Bayram Məmmədov, 2017-ci ildə jurnalist Mehman Hüseynov, 2018-ci ildə AXCP Rəyasət Heyətinin üzvü Gözəl Bayramlı, 2019-cu ildə hüquq müdafiəçisi Oqtay Gülalıyev, 2020-ci ildə vəkil Aqil Layic, 2021-ci ildə isə ekoaktivist Cavid Qara bu mükafata layiq görülüb.