Qarabağdakı qızıl yataqları ilə bağlı hansı oyunlar gedir?

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

Dostlar, Qarabağın qızıl yataqları ilə bağlı böyük oyunlar gedir, təəssüf ki, bəziləri bilərəkdən, çoxları isə bilməyərəkdən bu oyuna qoşulub. Bu oyunların başında Kreml durur və baş verənlər Putinə yaxınlığı bildirilən Rusiyanın “GeoProMining” şirkətinin maraqlarına xidmət edir.
Öncə, onu bildirim ki, Qarabağda istismar oluna biləcək 4 qızıl yatağı var. Onlardan 3-ü işğaldan azad olunmuş ərazilərdə, 1-i isə rus sülhməramlıların nəzarətində olan ərazidə yerləşdir.
İğaldan azad edilmiş ərazilərdə yerləşən ən böyük qızıl yatağı Söyüdlü (Zod) adlanır. Bu yatağın 76 faizi Azərbaycanın, 24 faizi Ermənistanın (Sotk) ərazisindədir. Ermənistanda aparıcı rus şirkətləridən sayılan “GeoProMining” şirkəti bu yatağı iğaldan azad olunanadək qanunsuz olaraq tam istismar edib. Xatırlayırsınzsa ermənilər shahada dəyişərək, həmin əraziyə girişi qırmızı rənglənmiş dərmir darvaza ilə bağlamışdı. Hazırda bu yatağın Ermənistanda qalan hissəsi “GeoProMining” şirkəti istismar edir. Ermənistan yatağın istismar hüququnu bu şirkətə 2007-ci ildə ə verib. Şirkət 2009-cu ildə 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə isə 880 min ton qızıl filizi çıxarıb. Çıxarılan filizlər dəmiryolu ilə Ermənistana daşınıb və bu şirkətin sahibi olduğu Ararat Qızılayırma Fabrikində emal olunub.
Azərbaycan tərəfi hazırda sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan işğaldan azad edilmiş Kəlbəcər rayonun ərazisindəki Söyüdlü yatağının istismarı ilə bağlı fəaliyyətlər həyata keçirmir «Söyüdlü» yatağının istismar hüququ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anglo-Asian Mining Plc.” şirkətinə verilsə də şirkət burda işləmək barədə planlarını dəyişib. Şirkətin prezidenti və icraçı direktoru İran doğumlu Rza Vəziri Anglo Asian-ın törəmə şirkəti olan R.V. İnvestment Group Services MMC ilə Azərbaycan Respublikası Hökuməti ilə Hasilatın Pay Bölgüsü Sazişindən imtinanın səbəbini infrastrukturun çətinliyi və yatağın Ermənistanla sərhəddə yerləşməsi ilə izah edib. Nazirlər Kabineti ilə razılaşmaya əsasən «Anglo-Asian Mining» şirkəti «Söyüdlü» yatağının əvəzinə «Qaradağ», «Xarxar» və «Dəmirli» yataqlarının istismar hüquqlarını əldə edib. «Anglo-Asian Mining» şirkəti bundan əlavə, Gədəbəy, Qoşa, Ordubad, Qızılbulaq və Vejnəli yataqlarının istismarı ilə məşğuldur.
«Anglo-Asian Mining» şirkətin «Söyüdlü» yatağının istismar hüququndan imtina etməsi Rusiyanın istismara imkan verməməsi ilə əlaqədar baş verdiyi ehtimal olunur.
Kəlbəcərdə olan digər Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə 30 il müddətinə müqavilə əsasında istifadəyə verilb. “Eti Bakır A.Ş.” şirkəti Türkiyən məşhur Cengiz holdinqinə məxsudur, “Artvin Maden A.Ş.” Türkiyəli iş adamı Ömer Faruk Kalyoncu’ya aid olan Zirve Holding ortaqlığındadır.
İşğal olunmuş ərazidə qalan digər qızıl yatağı Zəngilan rayonunun Vejnəli kəndində yerləşir. Bu yataq Ermənistan tərəfindən üçüncü ölkələrin şirkətləri cəlb edilməklə qanunsuz olaraq istismar edilib. Bu prosesdə Rusiyanın “GeoProMining” şirkəti ilə yanaşı İsveçrə vətəndaşı olan Vartan Sirmakes məxsus “Base Metals” (“Vallex Group”aiddir) də iştirak edib. Vartan Sirmakes dünyada brend saatlar hesab olunan “Franc Muller” saatlarının istehsalçısıdır. İşğal dövründə Vejnəlidə, o cümlədən Kəlbəcərdə qanunsuz çıxarılan qızıllar həmin “Franc Muller” saatlarının işləmələrində istifadə olunurdu.
Nəhayət, hazırda ətraf mühitə ziyanları müzakirə olunan keçmiş Ağdərə rayonu ərazisində “Dəmirli” yatağında rusların nəzarəti ilə yenidən istismar işlərinə başlanılıb.
Qarabağda yerləşən və bu yazıda adları çəkilən 4 yatağın sənaye ehtiyatları 132,6 ton qızıl miqdarında qiymətləndirilir. Onun 120 tonu Kəlbəcərdəki yataqların payına düşür. Odur ki, bilin ki, hazırda Qarabağda əsl “döyüş” qızıl yataqlarına sahiblik uğrunda gedir. Azərbaycan hakimiyyəti təzminat davası açmalı, “Söyüdlü”də üçüncü ölkənin qızıl hasilatını dayandırmalıdır.
P.S. Bu məlumatı paylaşın ki, adı bizim dadı özgələrinin olan sərvətlərimizdən çox adam xəbərdar olsun.
P.P.S. Bilin ki, Qarabağda qızıl hasilatı işğal dövründə də, indi də rusların nəzarətindədir.