Müdafiə nazirinə yeni müavin

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.

Həmin nazirlikdən dekabrın 13-də yayılan məlumata görə, Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamla Aqil Qurbanov müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

1986-cı il təvəllüdlü A.Qurbanov daha əvvəl “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb.

O, daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.

Azadlıq radiosu