‘Tərtər işi’ ilə bağlı 19 nəfər azadlığa buraxılıb

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı dekabrın 6-da yeni məlumat yayıb. Məlumatda vurğulanır ki, yeni açılmış hallarla bağlı Ali Məhkəmənin bu yaxınlarda yenidən baxdığı, əvvəlki qərarların ləğv edilərək müvafiq məhkəmələrə göndərilən 19 şəxslə bağlı işlər prokurora qaytarılıb. Açıqlamaya görə, onların dövlətə xəyanət ittihamı üzrə təqsirləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib: “Barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar”.

Eyni zamanda, istintaqla mərhum Mehman Hüseynov və Elxan Ağazadəyə təqsirləri sübuta yetirilmədiyindən bəraət verilib. İstintaqın davam edir.

Hələlik, bu açıqlamaya maraqlı tərəflərin münasibəti bəlli deyil.

Azadlıq radiosu