Biz hələ gördüklərimizin mində birin yazmayırız…

İqtisadçı ekspert Rövşən Ağayev

Hesablama Palatası tərəfindən xroniki böyrək çatışmazlığı ilə bağlı son 5 ildə dövlət büdcəsindən xərclənən vəsaitlərin auditi nəticəsində ortaya çıxan maraqlı faktlar:

2019-2020-ci illərdəŞəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına ümumilikdə 1,122 milyon manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilsə də, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamamış, əhaliyə digər rayonlarda xidmət göstərilmişdir

Fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, 2019-2021-ci illərdə hemodializ şöbələrinə verilmiş 49 ədəd hemodializ aparatının müxtəlif səbəblərdən istifadəyə verilməsi mümkün olmamışdır

Növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının
icrası müddətləri ilə üst-üstə düşmədiyi, nəticədə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri baş vermiş, hemodializ
şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olmuşdur. Mövcud qaydalara görə, 1 hemodializ aparatı üçün 12 kv/metr sahə təmin edilməlidir.

Rəsmi təftiş orqanın ortaya çıxardığı bu faktlarla bağlı yalnız bir qeyd edə bilərəm: eyni işi təkrar-təkrar eyni ağılla eyni cür görüb fərqli fərqli nəticə gözləmək ən böyük ağılsızlıqdır…