baki-agir-cinayet-mehkemesi

Azərbaycanda Fransa şirkətilə bağlı qalmaqal

“Thales İnternational Western Counties B.V” şirkətinin Azərbaycan nümayəndəliyinin keçmiş direktoru Mehmet Şahan 8.6 milyon manatlıq yeyinti ittihamıyla həbs olunub

“Thales İnternational Western Counties B.V” şirkətinin Azərbaycan nümayəndəliyinin keçmiş direktoru Mehmet Şahan 8.6 milyon manatlıq yeyinti ittihamıyla həbs olunub.

Türkiyə vətəndaşı olan Şahan şirkətin baş ofisindən – Fransadan nümayəndəliyin bank hesabına köçürülmüş vəsaitləri müxtəlif xərclər adıyla mənimsəməkdə ittiham olunur.

Bu şirkət “Thales İnternational Group”un törəmə şirkətidir. Bu qrup dünyanın 60-dan çox ölkəsində aviakosmik, müdafiə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Əsasən fəaliyyəti inzibati, texniki və s. sahələrdə maliyyə məsləhətçiliyindən ibarət olsa da, bəzi ölkələrdə şirkətlərə, sub-ofislərə mühasibat xidmətləri də göstərir.

İttihamlar

Şirkətin Azərbaycan nümayəndəliyinin gördüyü işə gəlincə, Bakıda naviqasiya, mühafizə sistemləri və digər sahələr üzrə müxtəlif dövlət orqanları, müəssisələrlə əməkdaşlıq edib, konsultasiya xidməti göstərib.

Onların arasında Müdafiə Nazirliyi, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Dövlət Sərhəd Xidməti, “Dövlət Dəmir Yolları” QSC və başqaları var.

Azadlıq radiosu