Qazı və işığı kəsilmiş 21 yaşlı şəhid

Siyasi fəal Əziz Məmiyev

Yadınızdadırsa 12-13 sentyabrda ermənilərin sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən Göyçay rayonuna bir Şəhid gəldi.
21 yaşlı Şəhid Elnur Məhərəmov. Göyçay rayon Şəkər kəndindən idi.Şəhid kənd qəbristanlığında dəfn edidi.
Ailədə dörd uşaq olan Elnurgil çox kasıb demək olar ki, aclıq yoxsulluq içində yaşayıblar.Ev demək olmaz yaşadıqları yerə.Çarpayı, stol-stul yoxdur deyə döşəmənin üzərində yatır, yerdə otururlarmış.Pəncərə şüşüələri evin əşyaları ümumiyyətlə yox idi. Evin işığı və qazı borcları olduğu üçün kəsilmişdi. Hətda bir neçə ay öncə atanın ayağına mismar batdığı üçün yara edib.Həkimə getməyə pulu olmayıb.Bunu eşidən əsgər Elnur kimdənsə borc alıb atasına göndərib ki, ata get ayağını müalicə etdir.
Elnur kollecdə oxuyub, təhsil haqqını verə bilmədiyi üçün məktəbi yarımçıq qoyub hərbi xidmətə getmişdir.
Ailə haqqında qısaca və aydın məlumat aldınız.Toxunmaq istədiyim isə bir qədər başqa məqamdır.
Nə üçün ailə bu vəziyyətdə yaşayıb? Kimdir günahkar? O ailənin belə bir acınacaqlı vəziyyətdə yaşamasında qonşuların,kənd müəllimlərinin, bələdiyyənin,kənd İcra nümayəndəsinin günahıdır. Ona görə günahkarlar ki,heç kəs yaxın durub ailəyə kömək etməyib.Ailə başçısını başa salan olmayıb ,qabağa düşüb kömək etməyiblər ki,sosial yardım alsın. Belə ailələrı kasıblıq o qədər sıxır ki,artıq heç nəyə ümidləri olmur.Maraqlanmırlar heç nə ilə. Heç bəlkə də bu ailənin xəbəri olmayıb ki,sosial yardım deyə bir şey var.
Hansısa bir qonşumu,kəndin müəllimimi olsun, bələdiyyə İcra nümayəndəsi olsun kimsə maraqlanmayıb, deməyib ,başq salmayıb ki, gəl sənəd toplamaqda sənə kömək edək.Yazaq-pozaq gəlib baxsınlar sənə sosial yardım etsinlər. Edə bilməzdilər? Edərdilər amma etməyiblər.Çoxumuzun vətənpərvəlik hisləri sadəcə şəhid olanda ayılır.Bir həftə sonra yenə yaddan çıxır.
Dövlət tərəfindən aztəminatlı ailələrə sosial yardım edilir,çətinliklə də olsa yardımı almaq mümkündür. Veriləndə də normal pul ödənilir. Məsələn 4 nəfərlik bir ailə olublar.Bu ailənin aylıq gəliri +- 770 manat civarında olmalıdır. Ailənin illik gəliri hesablanır aya bölünür Əgər ailə ayda 300 manat qazana bilirsə demək qalan 470 manatı dövlət yardım kimi kompensasiya edir.
Baxın sosial yardım haqqında məlumatı Göyçay rayonu Şəkər kəndinin müəllimi də bilirdi,bələdiyyəsi də bilirdi,kənd İcra nümayəndəsi də bilirdi bunları qınamaq lazımdır.Sizə kimsə demir ki,qazancınızdan bu ailəyə verərdiniz,xeyr.Sadəcə siz kəndin savadlı insanlarısınız,siz vəzifə borcunuzu,siz vətəndaş borcunuzu yerinə yetirə bilərdiniz.Amma etməmisiniz.
Şəhid olub gələn oğulun ruhu qarşısında heçmi utanmadınız?
Şəhidin dəfninə gələn yüzlərlə insanın qarşısında heçmi utanmadınız?

Allah rəhmət eləsin sənə Şəhid.
Bağışlama bizi.