Azərbaycanlı Samir Rüstəmov Ukraynanın azadlığı uğrunda döyüşlərdə həlak olub

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə  azərbaycanlı, Milli Qvardiyanın polkovnik-leytenantı Samir Rüstəmov həlak olub.

“Dostluq” Cəmiyyətinin İdarə Heyətinin üzvü Azad Ömərov bildirib ki,  Samir Rüstəmov minaya düşüb.

“Samir Rüstəmov mühəndis-istehkam xidmətinin komandiri idi. Onun döyüş yoldaşları Rusiya hərbçilərinin basdırdığı minaya düşərək həlak olublar. Samir döyüş yoldaşlarının cəsədlərini çıxararkən həlak olub”, – Ömərov bildirib.

Onun sözlərinə görə, zabitin dəfn mərasimi noyabrın 15-də Xarkovda olub.

Dəfn mərasimində hərbçilər, yerli hakimiyyət orqanlarının və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Contact.az