Türkiyə və Azərbaycan prezidentinə ekstradisiya ilə bağlı müraciət

Dörd uşaq atalarına həsrət qalıb

Türkiyə Cümhuriyyətinin vətəndaşı Emrah Avcı Hüseyin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilib. Hazırda 12 saylı Cəzaçəkmə müəsssisəsində cəza çəkir.
Emrah Avcının həyat yoldaşı Türkiyə vətəndaşı Funda Gezer Adam qızı qəzetimiz vasitəsi ilə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Erdoğana və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Funda Gezer bildirir ki, həyat yoldaşı 2 ildir həbsdədir, özü Azərbaycandan deportasiya olunub. Dörd övladları, 2009-ci il doğumlu Oktay, 2010-cu il doğumlu Asmin, 2014-ci il doğumlu Ferdi, 2017-ci il doğumlu Güldane atalarına həsrət qalıb.
Emrahın anası o, həbsdə olarkən vəfat edib. Bir qardaşı da əngəllidir, baxanı yoxdur. Anası öldükdən sonra psixoloji problemləri yaranıb, dəfələrlə intihar etmək istəyib.
Funda Gezer bütün bunları nəzərə alaraq həyat yoldaşı Emrah Avcının Türkiyə Cümhuriyyətinə ekstradisiya olunması, cəzasının qalan hissəsini öz ölkəsində çəkməsi üçün şərait yaradılmasını hər iki ölkənin prezidentindən xahiş edib.
Məhkumun müdafiəçisi, 6 saylı Hüquq Bürosunun vəkili Adilə Məmmədova azadliq.info-ya bildirib ki, Emrah Avcının ekstradisiyasın qanunvericiliklə mümkündür Onun öz təcrübəsində buna bənzər xeyli işlər olub. Vəkil hüquqlarını müdafiə etdiyi Emrah Avcı ilə bağlı da aidiyyatı qurumlar qarşısında vəsatələrlə çıxış edəcəyini deyib.

azadliq.info