Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib

Bazar ertəsi, Bakı vaxtı ilə saat 18.00-da Vaşinqtonda Ceyhun Bayramovun və  Ararat Mirzoyanın – Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü başlayıb. Bu barədə noyabrın 7-də axşam saatlarında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, 7 saatdan sonra ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayacaq.

Contact.az