Mingəçevirdə “aptek Bəxtiyar” intihar edib


Mingəçevirdə aptek sahibi özünü güllələyərək intihar edib.
Hadisə şəhərin Günəş küçəsində qeydə alınıb. Belə ki, şəhərdə aptek sahibi kimi tanınan 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov özünə odlu silahdan atəş açıb. B.Səmədov dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib.
İntiharın baş vermə səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, B.Səmədov bölgədə “aptek Bəxtiyar” kimi tanınır.
Faktla bağlı araşdırma aparılır.


Azər