Türkiyə prezidenti Recep Tayyip Erdoğan ölkə parlamentinə Qarabağda monitorinq missiyasını yerinə yetirən türk hərbi qulluqçuların mandatının uzadılması haqqında qanun layihəsi təqdim edib. Sənədə yaxın günlərdə baxılacaq, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, 2021-ci ilin qışında Ağdam rayonunda 1 il müddətinə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Mərkəz fəaliyyətə başladıqdan sonra pnun fəaliyyət müddəti artıq bir dəfə uzadılıb.
Contact.az