Ermənistanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi yaradılır

Azərbaycanın baş naziri Əli Əsədovun sərəncamı ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi yaradılır.

Katiblik Nazirlər Kabineti aparatında şöbə kimi yaradılır və 5 ştat vahidindən ibarətdir.

Katiblik Komissiyanın, ekspert və işçi qruplarının fəaliyyətilə bağlı müzakirələri, Komissiyanın iclaslarında baxılacaq məsələləri, habelə hüquqi aktların layihələrini hazırlayacaq.

Contact.az