Oktyabrın 10-da AŞPA-nın payız sessiyasında “cari debatlar” qaydasında “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura endirilən zərbələr” mövzusunda məsələlər müzakirə olunub.
“Turan”ın məlumatına görə, AŞPA-nın Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri üzrə məruzəçisi Pol Qevan təəssüflə deyib ki, sentyabrda (12-13-də) iki ölkənin sərhədində yenidən hərbi gərginlik nəticəsində hər iki tərəfdən 300-ə yaxın insan həlak olub.
Qevan Yerevanın Ermənistanın 36 şəhər və kəndinin atəşə məruz qalması haqqında məlumatını təkrar edib.
Daha sonra Qevan qeyd edib ki, bir ölkənin digər ölkənin suveren ərazisinə hücum etməsinə heç vaxt yol verilə bilməz.
İrlandiyalı deputat əsir götürülmüş erməni əsgərlərə işgəncə verilməsini əks etdirdiyi təxmin olunan videokadrları “dəhşətli” adlandırıb. Bu zaman o, Azərbaycanın videokadrların araşdırıldığı və onların həqiqiliyi təsdiqini tapdığı təqdirdə bu əməllərə görə məhkəmə təqibi olacağı haqqında bəyanatının əhəmiyyətini vurğulayıb.
Bununla belə, Qevan Azərbaycandan 1990-cı illərdə bu ölkənin suveren ərazisinin bir hissəsini Ermənistanın işğal etməsi zamanı törədilmiş potensial hərbi cinayətlərin dəlillərinin aşkar olunduğu haqqında məlumatlar daxil olduğunu bildirib. Xüsusən, Qevanın sözlərinə görə, kütləvi məzarlıqların və işgəncə dəlillərinin aşkar olunduğu qeyd edilir: “Heç vaxt unutmamalıyıq ki, 4 min azərbaycanlı və 1 min erməni hələ də əvvəlki münaqişə zamanı itkin düşüb”.
O, iki ölkə sərhədində Avropa İttifaqının missiyasının yaradılması haqqında qərarı alqışlayıb. Belə bir qərar oktyabrın 6-da Praqada Azərbaycan, Fransa, Aİ Şurasının prezidentlərinin və Ermənistan baş nazirinin görüşündə qəbul edilib. Qevan bu missiyanın iki ölkə arasında dialoq qurulmasında və etimad yaradılmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.

Azadlıq radiosu