Daha bir qazi ölümü



İntihar, yoxsa qətl?


Mingəçevirdə Kür çayının sahilində asılmış vəziyyətdə kişi meyiti aşkarlanıb. Hadisə çayın Sahil parkı ərazisindən keçən hissəsində baş verib. İlkin araşdırmalar zamanı cəsədin Qarabağ müharibəsi qazisi, 1987-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Elvin Füzuli oğlu Abuşova aid olduğu müəyyən edilib.
Hadisənin hansı səbəb(lər)dən baş verdiyi bəlli deyil.
Qeyd edək ki, mərhumun atası Füzulu Abuşov “Azərişıq”ın əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.


Azər