Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bəs bizə deyirdilər ki, seçkini boykot etmək hakimiyyətə xidmətdir, İlham Əliyev rejiminə kömək etməkdir və sair. İndi bəs niyə hökumət siyasi partiyalari administrativ qaydada seçkiyə qatılmağa məcbur edir? Əks təqdirdə qeydiyatın ləğvi ilə hədələyir. Şübhəsiz boykot vəziyyətdən elə də uğurlu çıxış yolu deyil və daimi davam edə bilməz. Amma bir etiraz vasitəsidir. Digər tərəfdən majoritar sistemdə partiyalar seçkinin subyekti deyil, şəxslərdir seçkinin subyekti. Bu sistemdə partiya seçkidə qeydiyyata alınmır, partiyaların adını bülletendə və digər seçki sənədlərində göstərilmir, .ayrı-ayrı şəxslər qeydiyyata alınır. Yəni mövcud konstitusiyaya görə partiyalar seçkinin subyekti deyil, vətəndaş subyektdir.
Əlavə olaraq partiyanın işi ancaq seçkidə iştirakla məhdudlaşmır. Onun proqram və nizamnaməsində geniş fəliyyət sahələri göstərilir. Seçkidə iştirak onlardan biridir. Hamısı deyil. İctimai rəyə təsir, yarıtmaz və mütərəqqi siyasəti müzakirə etmək, cəmiyyətdə marifçilik işi aparmaq, korrupsiyaya qarşı mövqe sərgiləmək, sosial tələblər irəli sürmək, aksiyalar keçirmək və sair. Niyə partiyanın bir hüququna görə digər hüquqları nəzərə alnmamalıdır. Axı seçkidə iştirak vəzifə deyil, hüquqdur. Burada məcburetmə yolverilməzdir. Deməli partiyalar nazirliyi yaratmaq istəyirlər.
Baykot etiraz hüququdur. İndi bu hüququ müxalif partiyaların əlindən almaq istəyirlər. Bu hüququ vətəndaşa və onların yaratdığı ictimai-siyasi birliklərə konstitusiya verir. Deməli ziddiyyət var. Konstitusiyadan əlavə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər var. Hamısı ilə ziddiyyət təşkil edir bu absurd müddəa. Əslində bütövlükdə layihəni siyasi partiyaları ləğv etmək haqqında sənəd adlandırmaq olar. Hansı partiya ayağını çızığdan kənara qoysa qanunun kəndiri onun boğazına keçiriləcək. Məqsəd budur!