AXCP sədri Əli Kərimli
Putinin hakimiyyəti çöküşə getdikcə, ətrafı da öz başına çarə axtarır. Post-Putin dövrünə onların hərəsi bir cür hazırlaşır. Daha ciddi mərkəzdənqaçma prosesi hələ qarşıdadır. Ancaq dünənə qədər Putinin himayəsinə sığınanlar indidən bəzi hazırlıqlara başlayıblar.
Tokayev Qazaxıstanda elan etdiyi islahatlarla hazırlaşır post-Putin dövrünə.
Ramzan Kadırovun anons etdiyi istefa da post-Putin dövrünə özünəməxsus hazırlıqdır.
Nəhayət, belə görünür, İlham Əliyev də başa düşüb ki, Putin artıq əvvəlki zamanlardakı kimi etibarlı himayədar deyil. Rejimin yandaş mediası tirajlayır ki, İlham Əliyev İtaliya mediyasına müsahibəsində Avropaya Rusiya ilə, Putinlə bir yerdə olmadığı mesajını verib.
Belə, Putinizmin də, onun himayəsində uzun illər kölgələnmiş təkadam rejimlərinin də sonu artıq uzaqda deyil. Böyük Rəsulzadənin dediyi kimi, Azərbaycanda da həqiqət günəşi mütləq parlayacaq!