Psixoloji mərkəzdə uşaqlara əziyyət edilməsi faktları üzrə araşdırmaya başlanılıb

Polis Bakıdakı özəl psixoloji mərkəzdə azyaşlı uşaqlara qarşı zorakılıq faktları üzrə araşdırmaya başlayıb.

Uşaqlara əziyyət edən mərkəz əməkdaşlarının şəxsiyyəti müəyyən edilib, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Ötən gün sosial şəbəkələrdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa dair görüntülər yayılıb.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, bu qanunsuz hərəkətlər Bakının Nizami rayonunda yerləşən “Mehnur” psixoloji- loqopedik mərkəzdə törədilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ictimai təşkilatlar və digər dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə idarələrarası işçi qrupu videogörüntüləri araşdırmağa başlayıb.

Contact.az