Cozep Borel Əliyev-Paşinyanın görüşünün yekunlarını alqışlayır

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Brüsseldə Əliyev-Paşinyanın görüşünün yekunlarını alqışlayıb.

O, özünün Tvitter hesabında yazıb: “Sülh müqaviləsi istiqamətində işi,  humanitar və kommunikasiya sahələrində səyləri davam etdirmək vacibdir.

Avropa İttifaqı dinc, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın dəstəklənməsi prosesinə tam cəlb olunub”. 

Contact.az