Son günlər həm Azərbaycan rəsmiləri, həm də ölkənin rəsmi kütləvi informasiya vasitələri (KİV) Amerika Birləşmiş Ştatları (ABŞ) və Fransaya qarşı kəskin tənqidlərə başlayıb.
Bir neçə gün əvvəl ABŞ Qarabağ münaqişəsi ilə bağlı uzun illər vasitəçilik etmiş ATƏT-in Minsk qrupuna (ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir) özünün yeni həmsədrini təyin etdi. Azərbaycan Xarici İşlər Nazirliyi də bunu sərt şəkildə qarşılayaraq bəyan etdi ki, bu münaqişə bitib. “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər”, -nazirliyin sözçüsü vurğulamışdı.
ABŞ Dövlət Departamenti tənqidi rədd etmişdi. “Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün ikitərəfli, çoxtərəfli əsasda və həmfikir tərəfdaşlarla Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılmasına sadiqik”, – Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel demişdi.
Axtar2022, 29 Avqust, Bazar ertəsi, Bakı vaxtı 18:49SİYASƏT
‘Azərbaycan Rusiyanın xeyrinə dönüş etmək istəyir’
1 saat öncə

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Kod yaddaşa götürüldü
en px hündürlük px
The URL has been copied to your clipboard
No media source currently available0:004:450:00
Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Son günlər həm Azərbaycan rəsmiləri, həm də ölkənin rəsmi kütləvi informasiya vasitələri (KİV) Amerika Birləşmiş Ştatları (ABŞ) və Fransaya qarşı kəskin tənqidlərə başlayıb.
Bir neçə gün əvvəl ABŞ Qarabağ münaqişəsi ilə bağlı uzun illər vasitəçilik etmiş ATƏT-in Minsk qrupuna (ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir) özünün yeni həmsədrini təyin etdi. Azərbaycan Xarici İşlər Nazirliyi də bunu sərt şəkildə qarşılayaraq bəyan etdi ki, bu münaqişə bitib. “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər”, -nazirliyin sözçüsü vurğulamışdı.
ABŞ Dövlət Departamenti tənqidi rədd etmişdi. “Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün ikitərəfli, çoxtərəfli əsasda və həmfikir tərəfdaşlarla Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılmasına sadiqik”, – Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel demişdi.BUNA DA BAX:Vaşinqtondan ‘Qarabağ münaqişəsi həll olunub’… açıqlamasına cavab
Prezidentin köməkçisindən ittiham
Avqustun 27-də isə prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, dəvət olunmalarına baxmayaraq, ABŞ və Fransa səfirlərinin Şuşaya gəlməmələrini Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi qəbul edirlər. O əlavə edib ki, bu ölkələr bir daha səfərlərə dəvət olunmayacaqlar.
ABŞ-dan cavab
ABŞ-ın Azərbaycandakı səfirliyindən isə bu məsələ ilə bağlı “Amerikanın Səsi”nə bildirilib ki, Azərbaycanın müstəqilliyi və suverenliyinin onlardan böyük dəstəkçisi yoxdur: “ABŞ səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edirlər”.
ABŞ-dakı Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev isə bildirib ki, sözügedən səfirliklərin Şuşaya səfər etməmələrini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirmək düzgün deyil. O vurğulayıb ki, cəmi bir ay bundan əvvəl Azərbaycan prezidenti ABŞ-ın müstəqillik günü ilə əlaqədar həmin ölkənin prezidentinə məktub yollamışdı: “Həmin məktubda Azərbaycan prezidenti açıq şəkildə demişdi ki, ABŞ müstəqilliyinin ilk günlərindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ən böyük dəstək verən dövlətlərdən biri olub”.
“Qərb əleyhinə ictimai rəy hazırlayırlar”
Onun sözlərinə görə, son günlərdə ABŞ və Fransaya yönələn tənqidlərin Azərbaycan baş nazirinin Avrasiya İqtisadi Birliyinin toplantısında iştirakı ilə eyni vaxta təsadüf etməsi təsadüfi deyil: “Düşünürəm ki, Azərbaycan xarici siyasətində Rusiyanın xeyrinə müəyyən bir dönüş etmək istəyir və ictimaiyyətin rəyini buna hazırlayır. Antiqərb ictimai rəyi hazırlayırlar və sonra da Rusiyanın Avrasiya İqtisadi Birliyinə inteqrasiya edəcəklər”. (Rusiyadan başqa bu birliyə Belarus, Ermənistan, Qırğızıstan və Qazaxıstan daxildir)
Bu il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar. Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.
Azadlıq radiosu