AXCP sədri Əli Kərimli
Çox təəssüf ki, İlham Əliyev öz kürsü marağına görə ölkəmizi israrla Rusiyanın batan gəmisinə qaynaq edir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında keçiriləcək hərbi təlimlərdə Azərbaycan hərbçilərinin nə işi var? Hansı statusla olur olsun, Azərbaycan hərbçiləri işğalçı ordunun təlimlərinə qatılmamalıdır. Ancaq təəssüf ki, Azərbaycan hərbçiləri Rusiyanın uzaq Primorsk diyarında və Yapon dənizində keçiriləcək təlimlərində iştirak edəcək (mənbə şərh bölümündə).
Rusiyanın 1-7 sentyabrda keçirəcəyi təlimlərdə Ermənistan, Belarus, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya, Tacikistan kimi “tərəfdaş” ölkələrin hərbçiləri də iştirak edəcək.
Rusiyanın rəhbərliyi altında keçiriləcək təlimlərdə KTMT ölkələri, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri və tərəfdaş ölkələrin hərbiçiləri iştirak edəcək.
Get-gedə tam aydın olur ki, İlham Əliyevin Rusiya ilə 22 fevralda imzaladığı müttəfiqlik bəyanatı, Azərbaycanın baş nazirinin Avrasiya sammitində iştirakı, indi də Azərbaycanın KTMT ilə birgə təlimlərə qatılması Azərbaycanı Rusiya orbitinə qaytarmaq istiqamətində atılmış məqsədyönlü addımlardır.
İlham Əliyev ölkəmizin müstəqilliyi üçün real təhlükə yaratmaqdadır.