Azərbaycan ordusu Laçına daxil olub -video

Azərbaycan ordusu Laçına daxil olub, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Bu barədə cümə günü səhər prezident İlham Əliyev bildirib

“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtdıq. Azərbaycan ordusu Laçına yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan”, – İlham Əliyev özünün Twitter mikrobloqunda yazıb. 

Contact.az