Hakim ailə özəl sektorda da tam hökmranlıq etmək fikrindədir

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

Siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını və media orqanlarını nəzarətə götürən ailə hakimiyyəti özəl bölmənin üzərində də tam hökmranlığa nail olmaqdadır. Görünür ki, İlham Əliyev bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə özəl sektoru inkişaf etdirmək deyəndə Paşa Holdinqin genişlənməsini və gəlirli bazarların daha çox ələ keçirməsini nəzərdə tuturmuş. Hakimiyyətin himayəsi ilə həm şaquli və həm də üfüzi istiqamətdə böyüyərək ölkənin cəlbedici biznes seqmentlərində qazanılan bütün gəlirlərə nəzarət edən Paşa Holdinqin törəmə müəssisəsi olan “Absheron Hotel Group” MMC-yə baxın görün hansı hotel və kurortlar daxildir:
Baku Marriott Hotel Boulevard
Sheraton Baku Intourist
Courtyard by Marriott Baku
Pik Palace, Shahdag, Autograph Collection
Park Chalet, Shahdag, Autograph Collection
Dinamo Hotel Baku
The Merchant Baku
Bilgah Beach Hotel
Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
Boutique 19 Hotel
Art Gallery Hotel
Hələ bu tam siyahı deyil, bizim bildiklərimiz də vardır. Bununla yanaşı Bakıda və ölkənin turizm bölgələrində bir sıra mehmanxana və istirahət obyektlərini – Shamaxi Palace Shiredil, Naftalan Hotel Qashalti, Dalga Beach Aguapark, Chinar Hotel & SPA, Gaşaltı Health Hotel, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort, “Lenkeran hotel and resort company əmlak” MMC, “Yeni çinar hotel company əmlak” MMC, “Yeni naftalan hotel company əmlak” MMC,
“Excelsior hotel əmlak” MMC, “Yeni qalaalti hotel company əmlak” MMC, “Yeni şamaxi hotel company əmlak” MMC – idarə edən “PMD Group” MMC də “Pasha Holdinq” şirkətlər qrupuna daxildir.
Sizə bu acgözlüklə ölkədə qonaqlama, turizm və yeyib-içmək (contact-intensive sector) bölməsini ələ keçirən, dövlətin pul-kredit, bank, vergi və fiskal siyasətinə nəzarət edən Paşa Holdinqin qarşısına hansı şirkət çıxa və onunla rəqabət apara bilər?
Yeri gəlmişkən, bu gün “PASHA Holding” MMC-nin törəmə şirkətləri “Absheron Hotel Group” MMC-yə Simon Craig Beaumont müvəqqəti olaraq baş icraçı direktor təyin edilib. Ondan əvvəl bu vəzifədə Martin Kleinmannı çalışırdı. Göründüyü kimi, Paşa Holdinq hətta törəmə müəssisələrində belə rəhbər işləri özümüzünkülərə etibar etmir.