Gənc fəal Maqsud Əliyev inzibati qaydada həbs olunub. Müxalif dairələrdə onun avqustun 13-də Bakıda “Caspian PlatForum”da keçirilən seminarda AXCP sədri Əli Kərimliyə Prezident İlham Əliyevin fəaliyyət və davranışı barədə sual verməsinə görə həbs olunduğu iddia edilir. Həmin sualda gənc fəal Azərbaycan prezidentinin bəzi məsələlərdə Türkiyə və Ukrayna prezidentlərini təkrarlamasından bəhs edilir.