tapanca-ates

Rusiyalı kapitan Ukraynaya qarşı müharibəni təqdir etməyən azərbaycanlını güllələyib

Rostov-na-Donuda Rusiya ordusunun kapitanı Aleksey  yerli sakin, əslən  Azərbaycandan olan Romanı güllələyib, hüquq-mühafizə orqanlarındakı mənbə 161.RU-ya bildirib.

İlkin versiyaya görə, kapitan kişiyə Ukraynadakı hərəkətlərlə bağlı öz siyasi mövqeyini Romana sübut etməyə başlayıb. Onların ikirləri üst-üstə düşməyib. Şübhəli ifadə verir, ancaq hələ ki ifadələri qarışıqdır. Bizim mənbə bildirib ki, mərhum qurban 9 millimetrlik PM-dən 4 güllə yarası alıb.

Hadisə avqustun 15-də Bereqovoy küçəsi, 43 ünvanında baş verib. Redaksiyanın həmsöhbəti bildirib ki, atəş açanın 33 yaşı var və Moskva vilayətindəndir. Mərhumun 51 yaşı olub, taksi sürücüsü işləyirmiş, hərbçini sözügedən ünvana aparıb.  

Rostov-na-Donu qarnizonu hərbi məhkəməsi kapitanı taksi sürücüsünün ölümündə şübhəli bilərək 2 ay müddətinə həbs edib.

Contact.az