Rusiyalı mütəxəssislər İranda pilotsuz döyüş təyyarələrindən istifadə üzrə təlim keçirlər


ENRU  2022   2021   2020   2019   2018   2017   2016   2015   2014   2013   2012   2011   2010   2009   2008   2007   2006   2005   2004   2003   2002   2001   2000   1999   1998   1997   1996   1995   1994   1993   1992   1991         HƏR YERDƏ AXTAR     Siyasət     İqtisadiyyat     Maliyyə     Enerqetika     Analitika     İcmallar (Bazarların icmalı, İqtisadiyyat icmalı, Siyasi monitorinqi)     Mövqe (Müsahibə, Deməyə sözüm var, ÇƏTİN SUAL, Tanımalı Azərilər)     Cəmiyyət (Cəmiyyət, Mədəniyyət, Dünyada)     Multimedia (Foto sessiyalar, Aktual reportaj, Tanimali Azərilər)      VƏ     YA     İFADƏ Search

https://contact.az
Subscribe to © Turan News Agency by Email
We are on the TWITTER
We are on the FACEBOOK
We are on the TELEGRAM
We are on the YOUTUBE
We are on the INSTAGRAM
Our email
Send link by Whatsapp
Send link by Viber
Send link by Telegram
Send link by LINE
Send link by Skype
Send link by Facebook messenger
Copy link

Açiq mənbələrdən foto.Açiq mənbələrdən foto.

Dövlət Departamenti: Rusiyalı mütəxəssislər İranda pilotsuz döyüş təyyarələrindən istifadə üzrə təlim keçirlər
Siyasət 
2022 Avqust 12 ( Cümə )  10:47:09

English Русский 

Vaşinqton/08.12.22/Turan: Son həftələr Rusiya rəsmi şəxsləri İranın pilotsuz təyyarələrinin Rusiyaya verilməsinə dair razılaşma çərçivəsində İranda təlimlər keçiriblər, Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel Vaşinqtonda gündəlik brifinq zamanı Turan-ın müxbirinə bildirib.

Ötən ay Vaşinqton işarə edib ki, İranın Rusiyaya bir neçə yüz pilotsuz təyyarə verməyə hazırlaşması və pilotsuz döyüş təyyarələrinə baxış məqsədilə Rusiya rəsmilərinin İrana səfər etməsi barədə məlumatı var.

“Biz təsdiq edə bilərik ki, son bir neçə həftə ərzində Rusiya rəsmi şəxsləri pilotsuz uçan aparatların verilməsinə dair saziş çərçivəsində İranda təlim keçiblər”, – Patel deyib.

“Biz İran tərəfindən pilotsuz uçan aparatlarının istifadəsi və yayılmasından son dərəcə narahatıq. Onlardan ABŞ qüvvələrinə, regiondakı tərəfdaşlarımıza və beynəlxalq nəqliyyat şirkətlərinə hücum etmək üçün istifadə edilib”, – Patel əlavə edib.

Vaşinqton “pilotsuz uçan aparatları ilə bağlı materialların və texnologiyaların İrana tədarükünün qarşısının alınması, dayandırılması və aradan qaldırılması üçün sanksiyalar  daxil olmaqla, bütün mövcud vasitələrdən” istifadə etməyə davam edəcək.

Patelin bəyanatı Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Avropa İttifaqı  və “Böyük yeddilik” ölkələrindən rusiyalı turistlərə viza verilməsinin dayandırılmasını xahiş etdikdən bir gün sonra səslənib.

ABŞ rusiyalı turistlərə viza verilməsinə heç bir məhdudiyyət qoymayıb. Bu barədə dövlət katibinin viza xidmətləri üzrə köməkçisinin müavini Juli Stafft Turan-a bildirib: “Rusiyalı turistlər üçün məhdudiyyət yoxdur”, – Stafft deyib.

Dövlət Departamenti Ukraynanın sorğusuna cavab olaraq öx siyasətinə yenidən baxılması imkanlarını nəzərdən keçirirmi sualının cavabında mətbuat katibinin müavini Vedant Patel bildirib ki, Vaşinqton Rusiya xalqına “zərər vermək” istəmir: “Biz çox açıq şəkildə işarə etdik ki, bizim hərəkətlərim Rusiya xalqına zərər verməməyə yönəlib”.

Contact.az