Xarkov atəşə tutulub

Ukrayna ordusunun Baş Qərargahı iyulun 11-də səhər bildirib ki, Rusiya qüvvələri ölkənin şərqində Ukrayna yaşayış məntəqələrini atəşə tutmaqdadır

Donetskdəki Çasov Yar şəhərində beşmərtəbəli binanın Rusiya raketləri ilə vurulması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Rusiya Ukraynanın “demilitariziyası” üçün “xüsusi hərbi əməliyyat” apardığını, mülkiləri hədəfə almadığını bildirir. Müdafiə Nazirliyinin sözçüsü İqor Konanşenkov deyib ki, Çasov Yarda Ukrayna hərbi briqadasının toplaşma məntəqəsi vurulub, bu zaman dəqiq silahlardan istifadə olunub.

Müharibədə bir çox insidentlərdə olduğu kimi, bu dəfə də iddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Azadlıq radiosu