Məhkəmə özbaşınalıqları biabırçı səviyyədə

Vəkil İlham Mehtiyev

Şəmkir rayon məhkəməsinin hakimi Taleh Musayevin 28 iyun 2022-ci il tarixli 2(076)-2095/2022 saylı “Qərardadında” Facebook vasitəsilə verilmiş şikayət. MPM müvəkkilim başqa formada müdafiə edə bilmədiyimdən şikayəti burada verməyə məcburam. Hörmətli Kolleqalar, ilk öncə qeyd etməliyəm ki, hakim tərəfindən qanunsuz və əsassız qəbul edilmiş akt birbaşa vəklin statusunu və onun bacarığı şübhə altına alır, müvəkkiln gözündə vəkil həmin aktı ləğv edənədək pis durumda qalır, vəkil müvəkkilin gözünə baxa bilmir, mən belə aktı müvəkilimə qarşı yox birbaşa özümə qarşı qəbul edildiyini hesab edirəm. Mən isə belə halları cavabsız qoyan deyiləm.!!!! Sual yaranacaq ki, niyə MPM əsasən şikayət vermirəm, cavab odur onu etməyə belə məhkəmə imkan vermir….
İşin halları:
Şəmkir rayon məhkəməsinə iddia ərizəsinin qəbul edilməsindən məhkəmənin dəftərxanasından qanunsuz olaraq imtina edilmişdir, Məhkəmə hüquq şurasının qaynar xəttində edilən zənglər nəticəsində iddia ərizəsi dəftərxana vasitəsilə qəbul edilmişdir (görünür ki Məhkəmə hüquq şurası işin araşdırılması üçün şikayəti məhkəməyə göndərmiş və məhkməmə sonunda işlərin artıq qəbul edildiyi barədə mənə cavab məktubu yazmışdır, Vətəndaşların müraciətləri haqqında qanunun 7.13-cü bəndinə zidd olsada müsbət həll edildiyindən dərinizə varmıram “Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır”).
Bundan sonra mən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişəm, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 20 may 2022-ci il tarixli 2(076)-1708/2022-ci il tarixli qərardadı ilə geri qaytarmışdır. Lüzumsuz vaxt itkisi olmasın deyə qərardaddan şikayət verməmişəm və məhkəmə tərəfindən qanunsuz və əsassız tələb olunmuş cavadehlərə dair FİN kodları, şəxsiyyət vəsiqələrinin seriya və nömrələrini və onların doğum tarixlərini qeyd edərək təkrar müraciət etmişəm, eyni zamanda qeyd etməliyəm iddia ərizəsinə əlavə edilmiş notarius tərəfindən təstiqlənmiş “notariat işin”də cavabdehlərə dair bütün məlumatlar qeyd edilmişdir (alqı-satqı müqaviləsinin surəti və ona əlavə edilmiş digər sənədlərdə bütün tələb olunan məlumatlar qeyd edilmişdir). Lakin buna baxmayaq Şəmkir rayon məhkəməsinin hakimi Taleh Musayev iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 16 iyun 2022-ci il tarixli 2(076)-2095/2022 saylı Qərardadla qanunsuz və əsassız olaraq bir daha geri qaytarmışdır, məhkəmənin əsası ondan ibarətdr ki, iddia ərizəsinə cavabdehlərə dair MAPS arayışı əlavə edilməmişdir. Qeyd etmək istəyirəm ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində MAPS arayışın əlavə edilməsi müəyyən edilməmişdir. Həmin maddədə yalnız cavabdehlərə və işdə iştirak edən digər şəxslərə dair məlumatların (cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) qeyd edilməsi tələb olunur ki, həmin məlumatlar tərəfimdən təqdim edilmiş iddia ərizəsində qeyd edilmişdir. Bundan əlavə qeyd etməliyəm ki, MAPS arayışında ümumiyyətlə FİN kod və şəxsiyyət vəsiqəsini seriya və nömrələri qeyd edilmir, hakim nə istədiyini özü bilmir.
Məhkəmənin qanunsuz tələbindən və məhkəmə tərəfindən qəbul edilmiş 16 iyul 2022-ci il tarixli 2(076)-2095/2022 saylı Qərardaddan tərəfimdən şikayət (əlavə edilir) verilmişdir. Mülki Prosessual Məcəllənin 267-ci Maddəsi Qərardadlardan şikayət verilməsi müəyyən edərək qeyd edir:
267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
Həmin Məcəllənin 269-cu maddəsi Şikayətə baxılmanı müəyyən edərək qeyd edir:
269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.
269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.
269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.
Maddənin məzmunundan göründüyü kimi Qərardaddan şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.
269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.
Lakin bizim işi məhkəmə ümumiyyətlə qəbul etmir, qəradaddan verilmiş şikayətə baxmır, qərardadı ləğv etməsinə, dəyişdirməsinə və ya Apellyasiya instansiya məhkəməsinə göndərmir.
Şəmki rayon məhkəməsi eyniliklə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytaraq qeyd edir ki, SİTAT “ Şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsini tələblərinə uyğun tərtib edilməmişdir” SİTATIn sonu. Məhkəmə qərardaddan verlmiş şikayəti Apellyasiya şikayəti kimi təsfir etməsi məndə təəssüf hissi yaradır. Hesab edirəm ki, bu hərəkətlər Şəmkir rayon məhkəməsi tərəfindən bilərəkdən və düşünülmüş şəkildə törədilir, çünki hazırki iddiaçı və cavadehlər arasında əvvəl mübahisə olmuşdur və məhkəmə həmin mübahisəni hazırki iştə iddiaçı olanların ziyanına həll etmişdir. Bütün yuxarıda qeyd edilənlər və necəki Şəmkir rayon məhkəməsinin hakimi MPM müəyyən edilməmiş formada hərəkət edir eyniliklə mənədə Facebook sosial şəbəkə vasitəsilə qəradaddan şikayəti ünvanlayıram.
Yuxarıda qeyd edilmiş hakimin hərəkətlərinədən Azərbaycan Ombudsman haqqında Az.R.KQ 1.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Səbinə Yaşar qızı Əliyevaya, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Sədri Sədri Ramiz Rzayev Cənablarına. Azərbaycan Respublikası Ədliyyə naziri, Məhkəmə Hüquq şurasının Sədri Fikrət Fərrux oğlu Məmmədov cənablarına