ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
2021-ci ildə dövlət büdcəsindən bir sıra dövlət müəssisələrinin dövlət zəmanətli borcları üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən, ümumilikdə 493,6 milyon
manat vəsait ödənilib. Bu sıradan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 215,1 milyon manat, “Azərenerji” ASC-nin 101,2 milyon manat, “Azərbaycan Hava Yolları” QSC-nin 34,8 milyon
manat, “Azərişıq” ASC-nin 22,5 milyon manat və “Aqrarkredit” QSC-nin 120 milyon manat məbləğindəki öhdəlikləri büdcə vəsaiti hesabına icra olunub, yəni adıçəkilən şirkətlərin xarici borclarını büdcə ödəyib.
Sual olunur: avia biletlərin qiyməti, neft-qazın və işığın tarifləri baha olduğu halda nədən şəffaflıq və hesabatlığı şübhə doğuran ARDNŞ-nin, AZAL-ın, Azərenerji, Azərişıq və sair dövlət şirkətlərinin borcları vergilər və rüsumlar, neft fondundan transfertlər hesabına formalaşan büdcədən ödənilmlidi? Nədən dövlət şirkətlərinin rəhbərlərinin mənimsədiyi xarici borclar büdcə qaytarmalıdır? Bu praktikaya nə zaman son qoyulacaq?
P.S. Ötən ilin büdcəsindən Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat əlavə vəsait ödənilib.