Əsgərin elektrik cərəyanından öldüyü deyilir

Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Bildirildiyinə görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Riyad Əliyarovun iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub: “Məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib”.

Rəsmi məlumata, hələlik, vəfat edən əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azadlıq radiosu