ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Azərbaycanda 28 dövlət, 8 xüsusi təyinatlı, 15 qeyri-dövlət ali təhsil müəssisələri fəaliyyət göstərir. 2021-ci ilin dövlət büdcəsindən onlardan yalnız 6-a subsidiya ayrılıb. Büdcədən subsidiya alan 6 Universitetdən 4-nün rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin ən yaxın qohumlarıdır. (qaynatası, qaynatasının qardaşı, baldızı və dayısı oğlu). Onların birlikdə əldə etdiyi subsidiya məbləği 51,9 milyon manat (30,6 milyon ABŞ dolları) və ya ayrılmış cəmi subsidiya məbləğinin 95,3 faizi qədərdir.
Onu da qeyd edim ki, subsidiya ali təhsil müəssisələrinə büdcədən ayrılan yeganə vəsait deyildir, Universitetlərdə dövlət sifarişləri ilə təhsil alan tələbələrin xərcləri təhsil büdcəsindən ödənilir. Bununla yanaşı onu da qeyd edim ki, dövlət ali təhsil müəssisələrinin tikinti-təmir xərcləri də investisiya büdcəsindən maliyyələşdirilir.
2021-ci ildə dövlət büdcəsindən ali təhsil müəssisələrinə
ayrılmış subsidiyaların nepotizm üzərində qurulmuş bölgüsü göstərir ki, Azərbaycanda siyasi korrupsiyanın mənbəyi hakim ailədir.
P.S. Daha detallı məlumatlarla “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən hazırladığım cədvəl vasitəsilə tanış olmaq olar. Hesablama Palatasının Rəyində subsidiyaların zərurəti açıqlanmayıb və səmərəliliyi qiymətləndirilməyib.
P.P.S. Belə biabırçı faktları ictimailəşdirmək üçün bu postu maksimum paylaşmağınızı xahiş edirəm.