Cavid Qurbanov vəzifəsindən azad edilib

Dövlət başçısının 24 may tarixli sərəncamı ilə Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə o, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilib.