İşğalın 91-ci günü

Avropa Rusiyanı ərzaq şantajına keçməkdə ittiham edir

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen mayın 24-də deyib ki, Rusiya enerji təchizatında olduğu kimi, ərzaq təchizatından da silah kimi istifadə edir: “Ukraynanın işğal altında olan torpaqlarında Kremlin ordusu taxil məhsulunu və kənd təsərrüfatı texnikasını müsadirə edir. Rusiya hərbi gəmiləri Qara dənizdə taxıl və günəbaxan tumu ilə dolu Ukrayna yük gəmilərini blokadaya salıblar”.