İşğalın 90-cı günü

Belarus Ukrayna sərhədində qoşun cəmləşdirir

Ukrayna Silahlı Qüvvələri bildirir ki, Belarus Ukrayna sərhədi boyunca qoşun cəmləşdirilməsini və aktivliyini artırıb: “Belarus Respublikasının silahlı qüvvələri kəşfiyyat fəaliyyətini intensivləşdirib və Homel rayonunda sərhəd boyunca əlavə hərbi birləşmələr yerləşdirib”. Mayın 23-də verilmiş məlumatda deyilir ki, Belarus ərazisindən raket zərbələri təhlükəsi qalmaqdadır.

Azadlıq radiosu