Azad edilən torpaqlar hakimiyyət mənsublarına paylanıb

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

Baxın, görün işğaldan azad olunmuş rayonları Paşaholdinqə, Azərsuna, yüksək vəzifəlilərə və onların qohumlarına məxsus aqroparklar və şirkətlər arasında necə bölüblər. Belə getsə məcburi köçkünlərə münbit və suvarılan torpaqlar qalmayacaq, yəqin ki, işçi qüvvəsinə ehtiyacı yarananda onları Qarabağa və Şərqi Zəngəzura hissə-hissə qaytararlar, ona görə də razı deyiləm yatmışları kimsə oyatsın, qoy hələ yatsınlar. Yatın, məcburi köçkünlər yatın, yuxunuz şirin olsun, amma sizi oyadıb işləməyə apararkən çalışın heç olmazsa maaş ala biləsiniz, ola bilər ki, işlədiyinizə görə əmək haqqı da ödənməsin, Zəngilanda “Ağalı”da olduğu kimi.

  • Qubadlının 10000 hektar torpağını “Həkəri MMC” nin sahibi “Azərsun” MMC-yə, 1000 hektar torpağı “Absheron AGRO 2020” MMC-yə,
  • Zəngilanın 3000 hektar torpağı “Kraun Ko”-ya MMC-yə, 6000 hektarını “Dost aqropark” MMC-yə,
  • Cəbrayılın 50 hektar torpağı “Aqrofresh” MMC-yə,
  • Ağdamın 355 hektar torpağı “Aqrarinkişaf 2017” MMC-yə, 3971,5 hektarı “Agro dairy” MMC-yə,
  • Füzulinin 15000 hektarı torpağı “Agro Sell-Servise” MMC-yə, 3971,5 hektar torpağı “Agro dairy” MMC-yə,
  • Qarabağ və müxtəlif rayonlardan torpaqların 10000 hektarı “Azaqrotaxıl” MMC-yə, 7000 hektarı “Azera Toxumçuluq” MMC-yə verilib.
    Bununla yanaşı adı sadalanan aqroparklara büdcədən 10 milyonlarla manat subsidiya ayrılır.

Füzulidə, Ağdamda və Cəbrayılda qum-çınqıl, sement və beton istehsalı sahəsinin yaradılmasını “AS Group İnvestment” MMC-dədir.
Bundan əlavə işğaldan azad olunmuş ərazilərdə işləyən şirkətlərə aşağıdakı güzəştlər nəzərdə tutulub:

  • İşğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi;
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi;
  • İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi;
    -və sairə.