İşğalın 62-ci günü

Lavrov nüvə silahından və Üçüncü Dünya müharibəsindən danışır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın dövlət telekanalına müsahibəsində deyib ki, hazırda nüvə müharibəsi təhlükəsi xeyli çoxdur və bu təhlükəni lazımınca qiymətləndirməmək olmaz. Rusiya XİN-in başçısı bildirib ki, Qərb ölkələri Ukraynanı silahla təchiz etməklə əslində Rusiyaya qarşı proksi-müharibə aparırlar. 

Blinken: Rusiya Ukraynada iflasa uğrayır, Ukrayna isə uğur qazanır

ABŞ rəsmisi deyib ki, Birləşmiş Ştatlar son uğuru görənədək Ukraynaya dəstəyi davam etdirəcək.

Xersonda referendum söhbəti

Moskva Ukraynanın Zaporojye və Xerson vilayətlərində Rusiyanın nəzarətində olan ərazilərdə referendum planlaşdırır. Ukraynanın şərqində döyüşün qızışdığı bir vaxtda yerli rəsmilər belə bir xəbərdarlıqla çıxış ediblər. Ukraynanın cənubunda qismən işğal olunmuş vilayətlərdə səsvermənin təşkilində məqsəd “Xerson Xalq Respublikası” elan etmək ola bilər. Kreml 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Luqansk və Donetsk vilayətlərində də bu addımı atıb, bu ilin fevralında isə bu iki qondarma qurumu tanıyıb.

qurumu tanıyıb. Ətraflı

ABŞ Ukraynaya əlavə hərbi yardım boyun olur

ABŞ Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər zamanı bu ölkəyə əlavə olaraq 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım vəd ediblər. Bu pulun yarısı Ukraynaya gedəcək, qalanı NATO üzvləri və regiondakı digər müttəfiqlər arasında bölünəcək.

Azadlıq radiosu