İşğalın 61-cı günü

ABŞ Ukraynaya əlavə hərbi yardım boyun olur

ABŞ Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər zamanı bu ölkəyə əlavə olaraq 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım vəd ediblər. Bu pulun yarısı Ukraynaya gedəcək, qalanı NATO üzvləri və regiondakı digər müttəfiqlər arasında bölünəcək.

Aprelin 24-də Ukrayna Rusiyaya Mariupolda ‘real Pasxa atəşkəsi’ təklif edib.

Belə bir təklif iki aydan bəri Rusiya ordusunun mühasirəsində qalan şəhərdəki mülki əhalinin və yaralıların təxliyyəsi üçün lazımdır. 

Qırğızıstda Donbas və Krım haqqında Rusiya filmlərinin gösətrilməsinə qadağa qoyulub

Qırğızıstanda keçiriləcək film festivalında Donbassdakı müharibə və Krımın ilhaqından bəhs edən Rusiya filmlərinin nümayişinə qadağa qoyulub. Bu barədə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov özünün facebook səhifəsində məlumat paylaşıb.

Dnepropetrovski vilayəti də raket hücumuna məruz qalıb

Gecə saatlarında Dnepropetrovsk vilayətinə üç raket düşüb. Bu barədə “Unian” xəbər agentliyi yerli administrasiya rəhbəri Valentin Rezniçenkoya istinadən xəbər verir. Valentin Rezniçenkonun sözlərinə görə, zərbələr nəticəsində bir nəfər ölüb, səkkiz bina dağılıb. Raketlərdən biri dəmir yolu infrastrukturuna, digər ikisi isə sənaye müəssisəsinə düşüb.

Azadlıq radiosu