Natiq Güləhmədoğlu
Hörmətli dostlar, diqqətinizi Əliyevin dəstəsi ilə keçirdiyi müşavirədə toxunduğu bir mövzuya cəlb etmək istəyirəm. Bu hamımızı düşündürməli, müzakiryə layiq mövzudur. Ancaq fikir verirəm ki, insanlarımız, siyasətçilər, jurnalistlər ondan yan keçir.
Mövzu budur: Azad olunan torpaqlarda quruculuq hansı pulla aparılacaq?
İlham Əliyev, dəstəsi təkəbbürlə “özümüz edirik, heç kimin bir qəpiyi bu işə xərclənməyib” deməsinə fikir verməyin. Bəli, bu faktdır, işğaldan azad olunan yerə kənardan bir qəpik qoyulmayıb. Ancaq, bəyəm bu qürrələnməli işdir, yoxsa problemimiz? Məncə, problemdir, özü də böyüyündən!
Azad olunan torpaqlarda bilirsiniz işləri tamamlamaq üçün nə qədər pula ehtiyac var? Təxminən, Azərbaycanın bütün valyuta ehtiyatını o işə cəlb eləsək, yenə də az olar. 100 milyarda yaxın vəsaitdən söhbət gedir. Azərbaycan təkbaşına bu işi görə bilərmi? Görə bilər, ancaq, gərək işğal müddəti qədər də səbrimizi basaq. Görünür işğalın yükü bizi o qədər əzib indi heç kim belə mövzuda baş yormaq istəmir.
İndi keçək məsələnin daha vacib hissəsinə.
Çıxışının ilk hissəsində İlham Əliyev tikinti-quruculuq mövzusunda göylə getsə də, yekunda kartları açdı. Dedi ki, pul lazımdır, ancaq verən yoxdur! Dayan görək. Necə yəni verən yoxdur? Hansı səbəbdən? Niyə bunu demirsən? Sən nə fikirləşirsən hörmətli tamaşaçı, sizcə donor təşkilatlar, beynəlxalq şirkətlər Azərbaycan pul istəyəndə deyir ki, yox, sizin gözünün mavi deyil, şirinçayı çox istifadə edirsiniz, toylarda çox israfçılıq edirsiniz-ona görə sizə pul düşmür?! Əsla və haşa. İnanın buna 1 faiz yaxın söz deyilsəydi, İlham və dəstəsi qulaq-başımızı aparmışdı. Bunlar heç nə olmaya-olmaya öz vətəndaşlarını mütərəqqi ideyaları şərləyən adamdılar, ondan qala donor təşkilatlar ola.
Əliyev donorların pul verməmə səbəbinə istəməsə də belə örtülü işarələrlə toxundu. Mən belə başa düşdüm ki, pul ayırası qurumlar deyir siz (hakimiyyət) ləlöün, görməmiş, çirkin korrpusioner və oğrusunuz! Gedin, özünüzə sahman verin, hesabatlı, şəffaf sistemə oxşar bir şey yaradın sonra gəlin! İlham Əliyev bunu etmək gücündə və marağında olan biri deyil, böyük etimalla ona görə ilyarım keçib bir təşkilat gəlib o yerlərdə bir ağac basdırmayıb. Ancaq, fikir verin, Əliyev necə hiyləyə əl atır. Deyir, donor təşkilatlara deyirəm ki, bizə (hökumətə) vermirsiniz, verməyin o zaman sahibkarlara verin, onlar gedib qurub yaratsınlar! Bu elə bilir ki, donor təşkilatlarda işləyən milyonlara-milyardlara sərəncam verənlər də bunun kütbeyin məmurlarındandı və bu hiyləni asan udacaqlar! “YMüsavat”-ın tanınmış mühərriri Elşad Paşasoy bilirsə ki, Azərbaycanda azad sahibkarlıq yoxdur, bir az pulu olanın ciyərindən Vilayət Eyvazovun “Bandotdeli” kabab bişirir, sahibkarlar davamlı olaraq, MTN-də, DİN-də, Heydər Əliyev fondunda yağmalanır, töycüyə cəlb edilir onlarla necə əməkdaşlıq qurmaq olar?!
Hörmətli tamaşaçılar, bəndeyi-həqiriniz əsla donor təşkilatları, beynəlxalq qurumları mələk libasında təqdim etmək istəmir. Bu utopiya olardı. Fəqət biz bilməliyik ki, onların imtina üçün əsaslarını, BƏHANƏLƏRİNİ Əliyev rejimindən başqa yaradacaq bir qüvvə yoxdur. Azərbaycan uzun illər işğaldan əziyyət çəkən dövlət kimi dünya birliyinin danışdığımız mövzu üzrə profilə malik qurumlarından yardım almağı haqq edir. Biz azad olunan torpaqlarda otimal müddətdə həyatı canlandırmaq üçün onlarla işləməyə məhkumuq. Bu işdə daha çox biz maraqlı olmalıyıq. Bulu verən onlar, xərcləmək istəyənsə bizik. Elədi?
Yekunlaşdırıram, biz zirəklik edib, bu idbar rejimi iş başından salmasaq, Əliyev “tikinti-quruculuq” adı altında Azərbaycanın bu vaxta qədər yığılan kapitalının ( hələ o da şübhəlidir ki, “Valyuta ehtiyatları”mızda pul-para qalıb, ya yox) başına daş salıb, Cənubi Qafqazda xudmani bir Somali yaradacaq.
Xalqın iradəsi ilə seçilən, şəffaq və qaunun ali olduğu bir hakimiyyət formalaşdırmayınca sənə verilən bütün dərmanlar zəhər, oxunan bütün gözəl mahnılar bihuşdarlıq üçündür, ey hörmətli Odlar Yurdu.