İşğalın 55-cü günü – “Böyük hücum”

“Böyük hücum”

Rusiya ordusu Ukraynanın şərqində bütün cəbhə xətti boyunca hücuma başlayıb. Bunu aprelin 18-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov təsdiq edib: “Bu gün səhər Donetsk, Luqansk və Xarkov vilayətlərində işğalçılar bütün cəbhə boyunca bizim müdafiəmizi yarmağa cəhd göstəriblər…”.

Rusiya ordusu Lvov və Xarkovu vurdu, ölənlər var

Mariupoldadakı polad zavodunda Rusiya və Ukrayna hərbçiləri arasında döyüş gedir. Ukrayna rəsmisi deyir ki, Rusiya Krıma quru dəhlizi açmağa hazırlaşır.

1.7 milyard nəfər aclıq və yoxsulluq astanasında

Ukrayna böhranı bəşəriyyətin beşdə birini, yəni 1.7 milyard nəfəri aclığa, səfalətə sürükləyə bilər. Bunu BMT-nin Baş katibi Antonio Quterreş Çexiyanın “Seznam Zpravy” nəşrinə müsahibəsində deyib. 

Xarkov şəhərinə raket hücumları barədə məlumat gəlməkdədir. Bu barədə Ukraynanın teleqram kanalları məlumat yayıblar. Regional Hərbi Administrasiyanın Səhiyyə Departamentindən verilən məlumata görə, 5 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

Azadlıq radiosu