Şahidlər bir nəfərin Bruklin stansiyasında nə isə atdığını, sonra isə atəş açdığını görüblər
Nyu Yorkun Bruklin hissəsindəki metro stansiyalarından birində 5 nəfər güllələnərək öldürülüb.
Sky News hüquq-mühafizə orqanlarına istinadən yazır ki, xəsarət alan daha 13 nəfər xəstəxanalara yerləşdirilib.
Xəbərdə deyilir ki, 36th Street metro stansiyasında tüstü çağırışına gələn yanğınsöndürənlər stansiyada çox sayda insanın güllələndiyini və partlamamış bomba cihazlarını aşkar ediblər.
Polis bildirir ki, hazırda ərazidə heç bir aktiv partladıcı qurğu yoxdur.
Şahidlər bir nəfərin Bruklin stansiyasında nə isə atdığını, sonra isə atəş açdığını görüblər.
İlkin məlumata götə atəş açan şəxs inşaatçı geyimində olub.
Azadlıq radiosu