Motivasiya və uğur qazanmaq üçün tövsiyyələr

Psixoloq Vəfa Əkbər

Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.

  1. Gələcəyinizi yazın
    Təmiz bir kağızda bir-iki paraqraf şəklində arzuladığınız gələcəyin hekayəsini yazın. Gələcəkdə görəcəyiniz işi, yaşadığınız yeri və sahib olduqlarınızı yazın. Bu, sizi həm indi, həm də gələcəkdə motivə edəcək.
  2. Gələcəyi gözünüzdə canlandırın
    Gözlərinizi yumun və özünüzü gələcəkdə etmək istədiyiniz işi görərkən canlandırın. Sağlam bir şəkildə idmanla məşğul olursunuz, bağçanızdakı çiçəklər ilə maraqlanırsınız və ya çalışırsınız. Nümunə üçün; xəyalınızda kiçik bir iş yeri açmaq varsa, özünüzü təqdimat günündə, müştəriləriniz və işçiləriniz ilə salamlaşarkən xəyal edin. Beləcə, xəyallarınızı reallaşdıra bilərsiniz.
  3. Keçmişi gözünüzdə canlandırın

Keçmişi gözünüzdə canlandırarkən, daha əvvəl harada olduğunuzu və nə qədər yol qət etdiyinizi görəcəksiniz. Planlı hədəflərinizə nə qədər çatdığınızı və harada səhv etdiyinizi başa düşəcəksiniz. Və bu, sizin doğru yolla irəliləməyinizə şərait yaradacaq. Məsələn, hər hansı bir sürücü yalnız qarşısına baxsa və arxa güzgüdən istifadə etməsə nələrlə qarşılaşa bilər? Zaman-zaman keçmişə baxmaq, ən azından sürücünün arxa güzgüyə nəzər yetirməsi qədər faydalıdır.

  1. Dərindən düşünün
    Gələcəyinizlə bağlı hərtərəfli düşünməkdən qorxmayın. Bu, qısa müddətli uğursuzluqlara tab gətirməyinizi asanlaşdıracaq. Əngəllər sizə mane olmayacaq. Çünki, sizin gözləriniz böyük hədəfə zillənmiş olacaq. Uzun müddətli ayrılıqdan sonra sevdiyinizə qovuşacağınızı düşünün, onu qarşılamağa gedərkən, sizi bütünlüklə isladan yağış narahat edə bilərmi?
  2. Özünüzü maarifləndirin
    Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Əgər yazıçı olmaq istəyirsinizsə, təhsil alın, mütaliə edin, yazın, digər yazıçılar ilə əlaqə saxlayın, məsləhətləşin