İşğalın 35-ci günü. Bakıda Ukrayna mitinqinə razılıq verilmədi

Mariupol sakini: ‘Bəzi insanlar sağ qalmaq üçün it yemi yeyir’

Sakinlər deyirlər ki, şəhərdə antisanitariya vəziyyəti yaranıb, camaat küçələrdə yemək bişirir, hamilə qadınlar zirzəmilərdə doğur, uşaq yeməyi yoxdur, insanlar susuzluq və aclıqdan ölürlər.

4 milyon ukraynalı qaçqına çevrilib

BMT Rusiyanın işğalı nəticəsində 4 milyondan çox ukraynalının ölkədən qaçdığını bildirir. Qurumun qaçqınlar üzrə agentliyi – UNCHR martın 29-da günortayadək qaçqın sayının 4.02 milyona çatdığını, onların yarıdan çoxunun Polşaya getdiyini açıqlayıb.

Bakı rəhbərliyi Ukraynaya dəstək aksiyasını məqsədəuyğun saymadı

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın Ukraynaya dəstək məqsədi ilə keçirmək istədiyi mitinqə müsbət cavab verməyib. 

Çerniqovun ötən gecə atəşə tutulduğu bildirilir

Ukraynanın şimalındakı Çerniqov regionunun qubernatoru bu gün – martın 30-da bildirib ki, Moskvanın hərbi aktivliyi azaltmaq vədinə baxmayaraq, Rusiya hücumlarına ara verməyib.

“Bu vədə inanırsınız? Əlbəttə, yox”, – qubernator Vyaçeslav Çaus Telegram-da yazıb.

Prezident Vladimir Zelenski isə ukraynalıların “sadəlövh” olmadığını deyir. 

Azadlıq radiosu