Sabunçu rayon Məhkəməsinin inzibati binasında Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. virtualaz.org xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib.
Vəkil çıxışında təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib. Mahir Quliyev də son sözündə vəkilin çıxışını müdafiə edib.
Prosesdə hökm oxunub.
Hökmə əsasən, Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.
Bununla yanaşı, məhkəmənin hökmünə əsasən, Mahir Quliyevin əmlakları müsadirə edilib. Belə ki, M.Quliyevin Bakı şəhərində yerləşən iki mənzili və avtomobilinin müsadirə edilməsi barədə qərar çıxarılıb. Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.
Virtualaz.org