Ukrayna müharibənin növbəti günü

Zelenski bildirib ki, müharibə başlayandan bəri 1300-ə yaxın ukraynalı hərbçi həlak olub. Ukrayna prezidenti bunu şənbə, martın 12-də xarici KİV nümayəndələri ilə görüşdə deyib. O, həmçinin bildirib ki, təkcə cümə günü təxminən 500-600 rus əsgəri təslim olub.

Ukrayna Müdafiə Nazirliyinin açıqladığı məlumatlara görə, Rusiya Ukraynaya hücum edəndən bəri 12 mindən çox hərbçisini itirib, bundan başqa 2 mindən çox Rusiya hərçisi də əsir götürülüb və təslim olub.

Rusiya Müdafiə Nazirliyi itkilərlə bağlı bir dəfə məlumat açıqlayıb. Həmin məlumata 500-ə yaxın Rusiya əsgəri həlak olub, mindən çox həbçi isə yaralanıb.

Şolz və Makronun Putinlə danışıqları başa çatıb. Bildirilir ki, Almaniya kansleri ilə Fransa prezidenti Ukraynada dərhal atəşkəs tələb edilməsini istəyiblər.

Danışıqlar barədə daha ətraflı məlumat verilməməsi barədə razılığa gəliblər.

Kreml bildirir ki, Putin Scholz və Makronu “real vəziyyət haqqında” məlumatlandırıb.

Məlumata vurğulanır ki, Putin telefon danışığı zamanı Ukraynada müxaliflərin mühakimə olmadan öldürülməsi, girov götürülməsi və mülki şəxslərin canlı qalxan kimi istifadə edilməsi, ağır silahların yaşayış məntəqələrində, xəstəxanaların, məktəblərin, uşaq bağçalarının yaxınlığında yerləşdirilməsi və bu kimi halların baş verdiyini deyib.

Putin bu kimi iddiaları daha əvvəllər də səsləndirib.

Azadlıq radiosu