Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, yazıçı, ssenarist, müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurasının fəxri sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə vəfat edib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Azərbaycanda doğulan 83-yaşlı yazıçı son dönəmlər Rusiyada yaşayırdı. Onun ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” filmi 1994-cü ildə ən yaxşı xarici dilli film kimi “Oskar” mükafatina layiq görülüb. Onun ssenarisi əsasında başqa da bir çox filmlər çəkilib.