Müharibənin 16-cı günü – Kiyevə hücum hazırlığı

Kiyev Rusiya ordusunun hücumuna hazırlaşır

“Reuters” yazır ki, çoxları gözləyirdi ki, Kiyev savaşın ilk günlərdində süqut edəcək. Amma Rusiya ordusu artıq iki həftədir ki, Ukrayna ordusu və silaha sarılmış əhalinin ciddi müqaviməti ilə üzləşib.

Putin Ukrayna müharibəsinə könüllüləri cəlb edir

Rusiya Prezidenti Vladimir Putin martın 11-də deyib ki, Ukraynaya qarşı müharibəyə əcnəbilərin cəlbinə icazə veriləcək. Putin Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılara Ukrayna qüvvələrindən qənimət götürülmüş Qərb raket sistemlərinin verilməsini də təsdiqləyib. 

Rusiya Ukraynaya hücumu genişləndirir

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Lutsk və İvano-Frankovsk şəhərlərində iki hərbi aerodromu dağıtdığını, onları sıradan çıxardığını bildirir.

Martın 11-də Rusiya şərqdəki Dnepr sənaye şəhərinə raket zərbələri endirib, azı bir nəfər həlak olub.

Rusiyada xarici şirkətlər milliləşdirilə bilər

Qanunvericilikdə deyilir ki, xarici şirkətlərin rəhbərləri biznesin aparılmasını de-fakto dayandırarsa, Rusiyanın üç ay ərzində onları nəzarətə almaq hüququ olacaq. 

Azadlıq radiosu